Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

Sonuncu oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə bölgə təmsilçiləri üz-üzə gələcəklər. “Şamaxı” komandası “Turan Tovuz”u qəbul edəcək. “Turan Tovuz” 17 xalla turnir cədvəlində altıncı, “Şamaxı” isə 16 xala yeddinci pillədə yer alıb.

Tura Bakıda keçiriləcək “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq. “Sabah” 49 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Hesabında 13 xal olan “Səbail” sonuncu – onuncudur.

Qeyd edək ki, ilk iki gündə “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”a (2:0) qalib gəlib.

Geri dön