Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Polşa Rusiya ilə sərhəddə elektron çəpər çəkir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Polşa Rusiya ilə sərhəddə elektron çəpər çəkir

Polşa Rusiya ilə sərhəddə elektron çəpər çəkir


Polşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron çəpər çəkməyə başlayacaq.

Bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya deyib.
"Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.

Geri dön