Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bədii gimnastlarımız Macarıstanda uğurla çıxış ediblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Bədii gimnastlarımız Macarıstanda uğurla çıxış ediblər

Bədii gimnastlarımız Macarıstanda uğurla çıxış ediblər


Macarıstanda bədii gimnastika üzrə “Gracia Fair Cup” beynəlxalq turniri başa çatıb. Yarışda ölkəmizi yığma komandamızın üzvləri ilə yanaşı, “Ocaq Sport” klubunun təmsilçiləri də güclərini sınayıblar.

Millimizin üzvlərindən çoxnövçülük yarışlarında Fidan Qurbanlı qızıl, Alina Məmmədova isə bürünc medala sahib çıxıblar.

“Ocaq Sport” klubunun üzvləri də çoxnövçülük yarışlarında onlara bəslənilən ümidləri doğruldublar. Maya Kozaçuk, Nilay Quliyeva və Məryəm Baloğlanova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Yığma komandamızın digər üzvləri Şəms Ağahüseynova halqa, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlsələr də, medal əldə edə bilməyiblər.

Geri dön