Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib

Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib


Fevralın 8-də "Sərhədçi" İdman Mərkəzində "NTD BK" və "Zirvə Astara BK" basketbolçuları arasında 17-ci turun açılış oyunu baş tutub.

Qarşılaşmadan əvvəl Türkiyədə baş vermiş təbii fəlakət nəticəsində həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Oyuna üstün başlayan "NTD BK" basketbolçuları yekunda 92-79 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular: "NTD BK" ( Londel Kinq - 36 xal, 11 ribaund ), "Zirve Astara BK" ( Ruşard Kruikşenk - 23 xal, 2 asist).

Qeyd edək ki, 17-ci turun digər görüşləri ("Gəncə BK" - "AAAF Xırdalan BK", "Olimpik Şəki BK" - "Sərhədçi PİK", "Sabah BK" - "Neftçi İK") fevralın 11, 12 və 13-də keçiriləcək.

Geri dön