Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Voleybol üzrə Azərbaycan çempionatı: “Murov”-“Neftçi” qarşılaşmasında qalib müəyyənləşib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Voleybol üzrə Azərbaycan çempionatı: “Murov”-“Neftçi” qarşılaşmasında qalib müəyyənləşib

Voleybol üzrə Azərbaycan çempionatı: “Murov”-“Neftçi” qarşılaşmasında qalib müəyyənləşib


Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turu keçirilib.

Azərbaycan Voleybol Mərkəzində baş tutan çempionatın VII turuna “Murov”-“Neftçi” matçı ilə start verilib. Çempionatın lideri “Murov” komandası yenə qələbəyə sevinib. Komanda rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.

Qeyd edək ki, bu gün VII tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarıbülbül” - MOİK qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlərin oyuna çıxmaqdan imtina etməsi olub.

Turnir cədvəli: “Murov” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. Doqquz xala malik “Xarıbülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə bir xalla sonuncudur.

Geri dön