Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XİN: Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > XİN: Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb

XİN: Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb


Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.


Geri dön