Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MN: Mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > MN: Mühəndis təminatı üzrə tədbirlər davam etdirilir

MN: Mühəndis təminatı üzrə tədbirlər davam etdirilir


Azərbaycan Ordusunun çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin fevral ayının 1-dən bu günədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib.

Geri dön