Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son sutkada Azərbaycanda COVID-19-a 24 yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Son sutkada Azərbaycanda COVID-19-a 24 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19-a 24 yoluxma faktı qeydə alınıb


Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 38 nəfər müalicə olunaraq sağalıb, 10 min 99 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1552, bu günə qədər isə ümumilikdə 7 milyon 509 min 420 test icra olunub.

Geri dön