Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Komandoların taktiki-xüsusi təlimi keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Komandoların taktiki-xüsusi təlimi keçirilir

Komandoların taktiki-xüsusi təlimi keçirilir


2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi təlim keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ssenariyə uyğun olaraq təyin olunmuş marşrut üzrə hərəkət edən komandolar təxribat törətməyə cəhd edən şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

Komandolar əməliyyat rayonunun dərinliyinə sızmaqla düşmənin müvəqqəti sığınacaqlarını müəyyən ediblər. Mühasirəyə alınan şərti düşmənin təxribatının qarşısının alınması üzrə fəaliyyətlər uğurla icra edilib.

Keçirilən təlimdə əsas məqsəd şəxsi heyətin taktiki vərdişlərinin təkmilləşdirilməsi, atıcı silahlardan istifadə bacarıqlarının artırılması, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Geri dön