Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Lotereyalar tarixinin ən böyük uduşu – 2 milyard dollar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Lotereyalar tarixinin ən böyük uduşu – 2 milyard dollar

Lotereyalar tarixinin ən böyük uduşu – 2 milyard dollar


ABŞ-da “Powerball” lotereyasının 2 milyard dollarlıq ən böyük cek-potunun sahibinin adı bəlli olub.

Kaliforniya sakini Edvin Kastro uğurlu lotereya biletini ötən il noyabrın 7-də Los-Anceles yaxınlığındakı Altadene şəhərciyindəki yanacaqdoldurma məntəqəsində alıb. Həmin lotereyada altı düzgün rəqəmin seçilməsi şansı 292,2 milyonda birə bərabər olub.

O, uduşunu 30 il ərzində hissə-hissə tam almaqdansa, birdəfəlik 997,6 milyon dollar almağa üstünlük verib.

Bundan öncə “Powerball” lotereyasının cek-potu yalnız bir dəfə milyard dolları ötmüşdü. O zaman həmin uduş Kaliforniya, Florida və Tennessi ştatlarından olan bir neçə qalib arasında bölünmüşdü.

Geri dön