Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aİ-nin Şərq Tərəfdaşlığı üzrə səfiri azad edilmiş ərazilərdəki mina problemi barədə məlumatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Aİ-nin Şərq Tərəfdaşlığı üzrə səfiri azad edilmiş ərazilərdəki mina problemi barədə məlumatlandırılıb

Aİ-nin Şərq Tərəfdaşlığı üzrə səfiri azad edilmiş ərazilərdəki mina problemi barədə məlumatlandırılıb


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizdə səfərdə olan İsveçin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri xanım Kristina Yohannesson və İsveç Krallığının Azərbaycandakı səfiri Tobias Lorentzson ilə görüş keçirib.

ANAMA-dan bildiriblər ki, görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina probleminin miqyası, onun törətdiyi fəsadlar, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri” sırasında əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilən azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz geri dönüşü istiqamətində görülən fəaliyyət barədə məlumat verilib.

Görüşdə minatəmizləmə sahəsində bacarıqların gücləndirilməsi, partlayıcı sursatların zərərsizləşdirilməsi, risklərin qiymətləndirilməsi, topoqrafiya-geodeziya və digər istiqamətlərdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön