Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabah hava necə olacaq?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?


Fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq

Geri dön