Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib


Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib. Regiona qar yağmağa başlayıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 2 sm, Xaltan 16 sm, Xınalıq 12 sm və Qrız kəndlərində 12 sm olub.
Xızının Altıağac qəsəbəsində 13 sm, Qusarın rayon mərkəzində isə 1 sm, Ləzə kəndində isə 12 sm qar müşahidə olunub.

Şabran və Xaçmazda qarın hündürlüyü 1 sm-ə çatır.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyədək enib.

Geri dön