Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MMA döyüşçümüz dünya çempionatında gümüş medal qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > MMA döyüşçümüz dünya çempionatında gümüş medal qazanıb

MMA döyüşçümüz dünya çempionatında gümüş medal qazanıb


Azərbaycanın MMA döyüşçüsü Esmira Məmmədova Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Beynəlxalq Qarışıq Döyüş Sənəti Federasiyası tərəfindən 2014-cü ildən təşkil olunan böyüklər və gənclər arasında dünya çempionatına bu il Serbiya ev sahibliyi edib. Dünya çempionatında Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandası da iştirak edib.

Altmış iki ölkədən 520-dən çox idmançının mübarizə apardığı turnirdə ölkəmizin idman şərəfini gənc və peşəkar olmaqla, ümumilikdə 6 idmançı qoruyub.

Nihad Budaqov

Geri dön