Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanlı gimnast Bakıda keçirilən Batut gimnastikası üzrə dünya kubokunda birinci yeri tutub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qazaxıstanlı gimnast Bakıda keçirilən Batut gimnastikası üzrə dünya kubokunda birinci yeri tutub

Qazaxıstanlı gimnast Bakıda keçirilən Batut gimnastikası üzrə dünya kubokunda birinci yeri tutub


Qazaxıstanı təmsil edən atlet Danil Musabayev Bakıda Batut gimnastikası üzrə dünya kubokunda kişilər arasında fərdi proqramda birinci yeri tutub.

Gimnastın nəticəsi 59,240 xal olub.

İkinci yeri 58,530 xalla ispaniyalı gimnast Xorxe Martin, üçüncü yeri isə Fransa təmsilçisi Allan Morante tutub, onun nəticəsi 58,270 xal olub.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.

Geri dön