Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda COVID-19-a daha 23 nəfər yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda COVID-19-a daha 23 nəfər yoluxub

Azərbaycanda COVID-19-a daha 23 nəfər yoluxub


Fevralın 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 23 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 449 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 183 nəfər müalicə olunaraq sağalıb, 10 min 111 nəfər vəfat edib. Aktiv xəstə sayı 155 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1293, bu günə qədər isə ümumilikdə 7 milyon 518 min 721 test icra olunub.

Geri dön