Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib

BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib


Fevralın 23-də BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib.

Qətnaməyə səs vermiş 193 ölkədən 141-i Rusiyanı qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarmağa çağıran qətnaməni dəstəkləyib.

Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Suriya qətnamənin əleyhinə səs verib, 32 ölkə, o cümlədən Ermənistan, Hindistan və İran isə bitərəf qalıb.

Ukrayna Prezidenti Vladimir Zelenski qətnaməyə səs verən ölkələrə təşəkkürünü bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyanın iclasında qəbul edilən qətnamələr məcburi xarakter daşımır.

Geri dön