Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur

Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur


Azərbaycanda varisi olmayan əmlakın bələdiyyələrə verilməsi ləğv olunur.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Hazırda vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb. Məcəllənin vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi adlanan 1165-ci maddəsi bu məsələləri aşağıdakı kimi tənzimləyir:

Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməyibsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilibsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Əgər miras qoyan şəxs sosial xidmət müəssisələrinin təminatında olubsa, bu halda həmin şəxslərə məxsus daşınar əmlak sosial xidmət müəssisələrinin mülkiyyətinə keçir.

Bu səbəbdən qanunun 3-cü maddəsinin birinci hissəsinin beşinci abzasının ləğvi (varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak) təklif olunur. Bu müddəanın ləğvi hüquqi baxımdan bələdiyyələrin vəsiyyət üzrə əmlak əldə etmək imkanını aradan qaldırmır. Belə ki, qanunun 3-cü maddəsinin birinci hissəsinin altıncı abzası ilə “bələdiyyələrə vəsiyyət edilən əmlak” bələdiyyə əmlakının yaranması mənbələrindən biri kimi təsbit edilib.

Geri dön