Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hazırkı mürəkkəb şəraitdə Qoşulmama Hərəkatının səviyyəsini yalnız Azərbaycan qaldıra bilər - Mirziyoyev
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Hazırkı mürəkkəb şəraitdə Qoşulmama Hərəkatının səviyyəsini yalnız Azərbaycan qaldıra bilər - Mirziyoyev

Hazırkı mürəkkəb şəraitdə Qoşulmama Hərəkatının səviyyəsini yalnız Azərbaycan qaldıra bilər - Mirziyoyev


Düşünürəm ki, bizim bugünkü görüşümüz, Qoşulmama Hərəkatında iştirakımız faydalı olacaq. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın, şəxsən Sizin uğurlu sədrliyiniz ilə bu təşkilatın nüfuzu artıb.

Bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə martın 1-də keçirilən görüşdə ifadə edib.

Özbəkistan Prezidenti deyib: “Birləşmiş Millətlər Təşkilatının vaksinlə bağlı xüsusi qətnaməsi qəbul edildi, Hərəkatın parlament və gənclər strukturları yaradıldı. Fikrimcə, bu, Qoşulmama Hərəkatında Azərbaycanın tarixi sədrliyidir. Bütün dövlətlər həmin qətiyyəti, səyləri gördülər. Hazırkı mürəkkəb şəraitdə bu Hərəkatın səviyyəsini yalnız Azərbaycan qaldıra bilər. Mən bu münasibətlə Sizi təbrik etmək istəyirəm. Bir daha Sizinlə görüşümüzə şadam. Düşünürəm ki, bizim fikir mübadiləsi aparmaq, komandalarımızı dinləmək üçün yaxşı imkanımız var”.

Geri dön