Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Basketbol Liqasında XX tura start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan Basketbol Liqasında XX tura start verilib

Azərbaycan Basketbol Liqasında XX tura start verilib


Azərbaycan Basketbol Liqasında XX tura start verilib.

Açılış matçında NTD və "Gəncə" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş NTD-nin 91:85 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə NTD yenidən çempionatın vahid lideri olub.

Oyunun ən məhsuldar oyunçuları NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (23 xal, 7 ribaund) seçiliblər.

Qeyd edək ki, turun "AAAF Xırdalan" - "Olimpik Şəki", "Sabah" - "Sərhədçi PİK" və "Zirvə Astara" - "Neftçi İK" oyunları martın 4-5-də keçiriləcək.

Geri dön