Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Konfrans Liqası: “Gent” klubu dörddəbir finala yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Konfrans Liqası: “Gent” klubu dörddəbir finala yüksəlib

UEFA Konfrans Liqası: “Gent” klubu dörddəbir finala yüksəlib


UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinin cavab matçlarına start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib.

“Başakşehir” klubu İstanbulda Belçikanın “Gent” komandasını qəbul edib. Görüş Belçika təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb. İki görüşün nəticəsinə görə, “Gent” turnirin dörddəbir final mərhələsinə yüksəlib.

“Gent” turnirin pley-off mərhələsində Ağdamın "Qarabağ" klubunu mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu mərhələnin digər oyunları martın 16-da keçiriləcək.

Geri dön