Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan nefti 7 faiz ucuzlaşıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan nefti 7 faiz ucuzlaşıb

Azərbaycan nefti 7 faiz ucuzlaşıb


Martın 15-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,99 dollar ucuzlaşaraq 74,42 dollar olub.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər veririk.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,04 dollar ucuzlaşaraq 72,59 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 7 dollar ucuzlaşaraq 37,84 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 15-də 7 dollar ucuzlaşaraq 71,84 dollar olub.

Geri dön