Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Novruz bayramı təbriki
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasi partiyalar > Fərəc Quliyevin Novruz bayramı təbriki

Fərəc Quliyevin Novruz bayramı təbriki


Hörmətli, Həmvətənlər, Dünyanın hər yerində olan Soydaşlarım!

Sizi Novruz Bayramı münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından təbrik edirəm!
Artıq bir neçə ildir ki, başqa millətlər önündə sıxılmadan , alnı açıq,başı uca, könül açıqlığı ilə bayram keçiririk. Bizə bu fərqli Novruz bayramını –Qələbəli ,Qarabağlı bayramı ərməğan edən, şanlı qələbə naminə canlarını qurban vermiş bütün ŞƏHİDLƏRİMİZİN ruhu şad olsun! Qazilərimizi Allah qorusun!
Bu milli birlik ,özünə güvən,əzmkarlıq qorunduqca təqvimdə bayramlarımızın sayı da artacaq.Zəfər bayramını təqvimə əlavə etdiyimiz kimi.
Əziz Soydaşlarım,Novruz bayramı və onun mifoloji semantikasında olan ardıcıllıqlar bəşəriyyətin ən zəngin, köklü və İlahi mədəniyyətinə sahib olduğumuzun təsdiqidir.
Bu böyük mədəniyyətin daşıyıcısı olmağımızdan qürur duyur, Novruzun fəlsəfi mahiyyətindən doğan ən xoş arzularımla Sizi bir daha Novruz Bayramı münasibəti ilə şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı(MDH) Partiyası adından ürəkdən təbrik edirəm!
Sayğılarla Fərəc Quliyev.

Geri dön