Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!

"Bakcell"dən iPhone istifadəçilərinə xəbər!


5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən “Bakcell” abunəçiləri üçün aktivdir. iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.

5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır.

Qeyd edək ki, “Bakcell” Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır. “Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Geri dön