Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın və İsrailin XİN rəhbərlərinin Yerusəlimdə görüşü keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycanın və İsrailin XİN rəhbərlərinin Yerusəlimdə görüşü keçirilir

Azərbaycanın və İsrailin XİN rəhbərlərinin Yerusəlimdə görüşü keçirilir


Martın 29-u Yerusəlim şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Kohen arasında görüş başlayıb.
Təkbətək görüşdən sonra nazirlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, bu gün İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. İsraildə ölkəmizin ilk diplomatik nümayəndəliyinin açılışı tarixi hadisə kimi dəyərləndirilir.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabı üzərindən qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək.

Geri dön