Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada güclü qar səbəbindən 40 kilometrlik tıxac yaranıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Rusiyada güclü qar səbəbindən 40 kilometrlik tıxac yaranıb

Rusiyada güclü qar səbəbindən 40 kilometrlik tıxac yaranıb


Rusiyada “M4” – Don yolunda güclü qar fırtınası səbəbindən avtomobillər yolda qalıb.

Bu barədə yerli media məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, bir neçə avtomobil qar altında qalıb.

Nazirlik sürücülərdən yanacağa qənaət etməyi tövsiyyə edib.

“Mash” “Telegram” kanalı yazır ki, yük maşınlarından yolun qırağına çəkilmək tövsiyyə olunub.

Mindən çox avtomobil 16 saatdan çox tıxacda qalıb.


Qara ilişib qalan insanlar bir-birinə kömək etməyə çalışır.

Qubernator Vasil Qolubevin sözlərinə görə, qida ilə səkkiz istilik məntəqəsi təşkil edilib.

İndiyədək 20 nəfər xilas edilib. Könüllülər yolda qalanlara kömək edirlər.

Geri dön