Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NATO Rusiyanın nüvə mövqeyində cavab tələb edən dəyişiklik görmür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > NATO Rusiyanın nüvə mövqeyində cavab tələb edən dəyişiklik görmür

NATO Rusiyanın nüvə mövqeyində cavab tələb edən dəyişiklik görmür


NATO nüvə müharibəsinin qalibiyyət gətirməyəcəyini təsdiqləyir, həmçinin Rusiyanın nüvə mövqeyində cavab tələb edən dəyişiklik görmür.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. “Biz təsdiq etdik ki, nüvə müharibəsində qalib gəlmək mümkün deyil və o başlamamalıdır. Lakin NATO nüvə alyansı olmağa davam edir, bu bizim müdafiə və çəkindirmə gücümüzün orta hissəsidir. Əlbəttə, biz Moskvanın fəaliyyətini diqqətlə izləyirik, lakin Rusiyanın nüvə qüvvələrinin mövqeyində bizim mövqeyimizin dəyişməsini tələb edən dəyişiklik görmürük. Biz sayıqlığı qoruyuruq və alyansın təhlükəsizliyinin təmin olunması üçün lazımi addımlar atacağıq”, - deyə Yens Stoltenberq Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsi imkanları ilə bağlı suala cavab verərkən bildirib.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putini təhlükəli və şüursuz nüvə ritorikasında ittiham edib.

Qeyd edək ki, bir müddət öncə Rusiyanın dövlət başçısı Belarusun xahişi ilə orada taktiki nüvə silahı yerləşdirəcəyini deyib.

Geri dön