Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cüdoçularımız dünya çempionatına Antalyada hazırlaşırlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Cüdoçularımız dünya çempionatına Antalyada hazırlaşırlar

Cüdoçularımız dünya çempionatına Antalyada hazırlaşırlar


Azərbaycan cüdoçuları Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Hazırlıq prosesinə böyüklərdən ibarət milli komandanın 23, gənclər yığmasının isə 14 üzvü qatılıb.

Cüdoçulara qurumun vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, əsas millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.

Təlim-məşq toplanışı mayın 7-13-də Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, aprelin 3-də start götürən hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Toplanışa aprelin 8-də yekun vurulacaq.

Geri dön