Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir müavini: Azərbaycan torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Nazir müavini: Azərbaycan torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib

Nazir müavini: Azərbaycan torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib


Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur.

Bunu xarici işlər nazirinin müavini Fariz Rzayev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar “Gizli ölüm toxumları” kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, Azərbaycan torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib: “2020-ci ildə münaqişənin bitməsinə baxmayaraq, Ermənistan hələ də torpaqları minalamağa davam edir. Bu istiqamətdə humanitar yardımların göstərilməsi bizim üçün prioritetdir. Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur”.

F.Rzayev qeyd edib ki, Ermənistan hələ də tam və dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir, sülh səylərinə mane olur.

"Mina çirklənməsi Azərbaycan hökumətinin genişmiqyaslı yenidənqurma işlərini tam sürətlə həyata keçirməsinə imkan vermir, amma bütün bunlar bizi dayandırmayacaq",- deyə nazir müavini bildirib

Geri dön