Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan, İdman > “Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb

“Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb


Futbol üzrə Türkiyə kuboku yarışlarında dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

"Qalatasaray" klubu doğma meydanında "Başakşehir"i qəbul edib. Görüş “Başakşehir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Başakşehir”in heyətində Patrik Şiş dubl edib, digər qolu Daniel Aleksiç vurub. Meydan sahiblərinin heyətində isə Kaan Ayhan və Mauro İkardi fərqləniblər.

Beləliklə, “Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Başakşehir” klubu finala gedən yolda "Ankaragücü" ilə qarşılaşacaq.

Geri dön