Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Prezident: Azərbaycan ÜST-lə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Prezident: Azərbaycan ÜST-lə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək

Prezident: Azərbaycan ÜST-lə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə paylaşımında əksini tapıb.

Paylaşımda qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir: “Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik nümayiş etdirmişdir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

Geri dön