Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb

Türkiyənin ilk müşahidə peykinin kosmosa göndərilməsi təxirə salınıb


Türkiyənin ilk yerli müşahidə peyki İMECE-nin kosmosa göndərilməsi prosesi təxirə salınıb.

Bu barədə IMECE peykini orbitə daşıyacaq Falcon 9 raketinin işindən məsul olan Amerikanın SpaceX şirkəti bildirib.

Məlumata əsasən, peykin orbitə buraxılması barədə dəqiq tarix və saat bildiriləcək.

Bundan əlavə, SpaceX şirkətinin komandaları hava şəraitinin izlədikləri ilə bağlı məlumat verib.

Məlumat üçün qeyd edək ki, IMECE peyki fevralın 21-də ABŞ-dakı Vandenberq Kosmik Qüvvələri bazasına göndərilib.

Layihə Türkiyənin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Rəhbərliyinin koordinasiyası ilə həyata keçirilən layihənin orbitə göndərilməsi prosesi tamamlandıqdan sonra Türkiyənin Hərbi Hava qüvvələrinin inventarına daxil ediləcək.

Geri dön