Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tramp ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə islahatlar aparacağına söz verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Tramp ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə islahatlar aparacağına söz verib

Tramp ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə islahatlar aparacağına söz verib


ABŞ-ın sabiq prezidenti Donald Tramp prezidentliyə qayıdacağı təqdirdə məhkəmə sistemində, Ədliyyə Nazirliyində və FTB-də islahatlar aparacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp video müraciətində bildirib.

"Amerikanın həyat tərzi üçün məhkəmə sisteminin korrupsiyasından və onun siyasi istismarından daha böyük təhlükə yoxdur. Və bu, hazırda baş verir", - deyə D.Trap bildirib.


O bildirib ki, 2024-cü il seçkilərində qələbə qazanacağı təqdirdə onun üçün vacib vəzifə "ABŞ-da ədalətin bərpası" olacaq.

Geri dön