Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Almaniya Polşaya "MiQ-29"ların Ukraynaya göndərilməsinə icazə verdiyini təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Almaniya Polşaya "MiQ-29"ların Ukraynaya göndərilməsinə icazə verdiyini təsdiqləyib

Almaniya Polşaya "MiQ-29"ların Ukraynaya göndərilməsinə icazə verdiyini təsdiqləyib


Almaniya Müdafiə Nazirliyi Berlinin Polşaya beş ədəd "MiQ-29" qırıcısını Ukraynaya təhvil verməyə icazə verdiyini təsdiqləyib.

Bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius da bu qərarı şərh edib. "Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, biz Polşalı tərəfdaşlarımıza Milli Xalq Ordusunun keçmiş ehtiyatlarından Ukraynaya beş ədəd MiQ-29 qırıcısının tədarükü ilə bağlı söz verə bilərik", - deyə B.Pistorius qeyd edib.

Geri dön