Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı gimnast: Beynəlxalq turnirdə medal əldə etdiyimiz üçün qürur hissi keçiririk
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycanlı gimnast: Beynəlxalq turnirdə medal əldə etdiyimiz üçün qürur hissi keçiririk

Azərbaycanlı gimnast: Beynəlxalq turnirdə medal əldə etdiyimiz üçün qürur hissi keçiririk


Bakıda keçirilmiş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində ölkəmizə ilk mükafat qazandıran Azərbaycan yığma komandasının üzvləri Nuray Əhmədzadə və Şəms Ağahüseynova medal sevincini bölüşüblər.

Turnirdə gənclər arasında komanda hesabında gümüş medala sahib olan Nuray Əhmədzadə yarışa yüksək səviyyəli hazırlıq prosesi keçdiklərini, turnirdə güclü rəqabətin olduğunu bildirib: “Yarışın ilk günü daha çox həyəcanlı idim. Daha sonra isə özüməinamla çıxış etdim. Yarışa yüksək hazırlığımız üçün federasiya tərəfindən hərtərəfli şərait yaradılmışdı”.

“Mənim üçün isə əksinə, növbəti günlər çıxış etmək daha da həyəcanlı oldu. Medal əldə etdiyimiz üçün qürur hissi keçiririk. Qarşıda bizi bir sıra yarışlar gözləyir. Orada da ümidləri doğrultmağa çalışacağıq”, - deyə Şəms Ağahüseynova əlavə edib.

Geri dön