Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Şençjou-15” gəmisinin heyəti dördüncü dəfə açıq kosmosa çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Şençjou-15” gəmisinin heyəti dördüncü dəfə açıq kosmosa çıxıb

“Şençjou-15” gəmisinin heyəti dördüncü dəfə açıq kosmosa çıxıb


“Şençjou-15” pilotlu kosmik gəmisinin ekipajı dördüncü dəfə bortdan kənara çıxıb.

Bu barədə Çin Milli Kosmik İdarəsi məlumat yayıb. “Ventyan” modulunu tərk edən taykonavtlar (çinli kosmonavt – red.) Fey Syunlun və Çjan Lu stansiya xaricində bütün işləri uğurla tamamlayaraq üçüncü ekipaj üzvü Den Sinminin köməyi ilə stansiyaya qayıdıblar.

Üç taykonavtdan ibarət komanda dörd aydan çoxdur geostasionar (yerətrafı – red.) orbitdədir. Tapşırıqların uğurla yerinə yetirilməsi onlara kosmosda elmi-texniki təcrübələri davam etdirməyə imkan verəcək.

Çin bu il kosmik stansiyaya daha üç missiya, o cümlədən Tyançjou-6 yük kosmik gəmisi, həmçinin Şençjou-16 yük gəmisi və Şençjou-17 idarəolunan kosmik gəmini göndərməyi planlaşdırır.

Geri dön