Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını təsdiqləyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını təsdiqləyib

Nikol Paşinyan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıdığını təsdiqləyib


Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan Milli Assambleyasının aprelin 18-də keçirilmiş növbədənkənar sessiyasında maraqlı bəyanatla çıxış edib. O deyib: “Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Ermənistan hökumətinin başçısı deyib: “Əlbəttə ki, sülh bizim mövqelərimizdən asılıdır. Mənim arzumdur ki, Azərbaycan ilə tezliklə sülh müqaviləsi imzalansın. Mən belə bir inkişafın mümkün olduğuna inanıram”.

N.Paşinyan regionda yenidən qarşıdurmanın yaranmasının da ciddi problemlər doğura biləcəyini vurğulayıb. Bildirib ki, regionumuz yenidən “partlayarsa”, bu, həm Rusiya, həm də Qərb üçün ən azı enerji baxımından problemə çevrilə bilər.

Xətayi Əzizov

Geri dön