Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Rus İcması bəyanatla çıxış edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanın Rus İcması bəyanatla çıxış edib

Azərbaycanın Rus İcması bəyanatla çıxış edib


Azərbaycanın Rus İcması Zabrat-1 və Balaxanı qəsəbələri arasında yerləşən Zabrat qəbiristanlığında yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Rus İcmasına Zabrat-1 və Balaxanı qəsəbələri arasında yerləşən Zabrat qəbiristanlığında yaranmış vəziyyətlə bağlı bir neçə müraciət daxil olub. Şahidlər tərəfindən vandalizm aktları, qəbirlərin dağıdılmış və aşırılmış qəbirüstü plitələrinin fotomaterialları təqdim edilib. Bundan başqa, bir neçə hallarda yəqin ki, qohumlar tərəfindən əkilən ağaclar və kollar kökündən çıxarılıb, çəpərlər sökülüb”.

Bəyanatda vurğulanıb ki, baş verənlər hiddət doğurur və təəccüblü deyil ki, bu, tolerant və multikultural Azərbaycan cəmiyyətində ictimaiyyət arasında və kütləvi informasiya vasitələrində narahatlıq yaradıb. Azərbaycanın Rus İcması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və baş verən hadisəyə göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.

“Hörmətli Mehriban Əliyevanın tapşırığına əsasən, Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı qəsəbəsində rus qəbiristanlığına baxış keçirilib. Vurğulanıb ki, bütün qəbirüstü plitələr yenidən bərpa ediləcək”, -deyə bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, bu gün Azərbaycanın baş prokurorunun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinlə əlaqə saxlayıb və ona qəbiristanlıqda vandalizm aktları ilə bağlı bütün hadisələrin təhqiqi üzrə istintaq qrupunun yaradıldığı barədə məlumat verib. Bildirilir ki, Azərbaycan Respublikasının baş prokuroru və daxili işlər naziri istintaq aparırlar.

“Azərbaycanın Rus İcması istintaqın gedişini izləməkdə davam edəcək və cəmiyyəti məlumatlandıracaq”, -deyə bəyanatda qeyd olunub.

Geri dön