Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üçün qeydiyyat davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üçün qeydiyyat davam edir

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üçün qeydiyyat davam edir


Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər mayın 5-dək “Şəxsi kabineti”nin istifadəçi adı və parolu vasitəsilə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin martın 1-15-də ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılır. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 1-15-də ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

Geri dön