Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Akar: Moskvadakı dördtərəfli görüş regionda sülh və sabitliyə ciddi töhfələr verəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Akar: Moskvadakı dördtərəfli görüş regionda sülh və sabitliyə ciddi töhfələr verəcək

Akar: Moskvadakı dördtərəfli görüş regionda sülh və sabitliyə ciddi töhfələr verəcək


Moskvada müsbət atmosferdə keçirilən dördtərəfli görüş gələcək fəaliyyətə, regionda sülh və sabitliyə ciddi töhfələr verəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir suriyalı məcburi köçkünlərin evlərinə qayıtması məqsədilə görülən işləri vurğulayıb: “Suriyalı qardaş və bacılarımızın könüllü olaraq evlərinə və torpaqlarına qayıtmasını təmin etməyi hədəfləyirik”.

“Biz terror bəlasından tez bir zamanda xilas olmaq, ölkəmizin, sərhədlərimizin, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, bölgəyə sülh, sabitlik və əmin-amanlıq gətirmək üçün çalışırıq”, - Akar əlavə edib.

Geri dön