Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub


Aprelin 26-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib.

ADY-dən bildirilib ki, görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə, “Şimal-Cənub” marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.

Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb. O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.

Geri dön