Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bakıda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçirilir

Bakıda ilk dəfə Kosmik Nəsil Məşvərət Şurasının tədbiri keçirilir


“Azərkosmos” və Kosmik Nəsil Məşvərət Şurasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Space Generation Azerbaijan” (SG Azerbaijan) tədbiri keçirilir.

Tədbir “Qadınlar kosmosda: çətinliklər və imkanlar” mövzusuna həsr olunub.

Dünyada hər il aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də Qızlar günü” kimi qeyd edilir. Bu il aprelin 27-nə təsadüf edən bu əlamətdar günün məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etmək, onların bu sahədə rolunun artırılmasına dəstək verməkdir.

“SG Azerbaijan” tədbirinin də əsas məqsədi gənclərə kosmos sahəsində düzgün təhsil, peşə seçimində yol göstərmək və onları kosmos sahəsinin imkanları barədə maarifləndirməkdir.

Xatırladaq ki, ölkəmizdə artıq peyklərimizin idarə olunmasında peyk mühəndisi, hüquqşünas, iqtisadçı, peyk əməliyyatları üzrə operator, peyk təsvirləri üzrə mütəxəssis kimi çalışan peşəkar qadınlar var. “SG Azerbaijan” tədbirində Azərbaycanın bütün bölgələrindən tələbələrin, gənc mütəxəssis və alimlərin, kosmos həvəskarlarının bir araya gəlməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində iştirakçılar kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə, vebinarlarda, master-klaslarda və netvörkinqdə iştirak etmək imkanı qazanacaqlar.

Geri dön