Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib

“Neftçi” klubu Azərbaycan kuboku yarışlarının finalına yüksəlib


Futbol üzrə Azərbaycan kuboku yarışlarında ilk finalçı bəlli olub.

Turnirin yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” klubu “Turan Tovuz”u qəbul edib.

“Bakcell Arena”da keçirilən matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Emin Mahmudov və Kenni Sayef fərqləniblər.

Komandalar arasında keçirilən ilk oyun “Turan Tovuz”un minimal hesablı qələbəsi ilə yekunlaşmışdı – 1:0. İki oyunun nəticəsinə görə, “Neftçi” turnirin finalına vəsiqə qazanıb.

Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.

Geri dön