Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Ordusunda PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azərbaycan Ordusunda PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir

Azərbaycan Ordusunda PDM ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər.
Müxtəlif maneələrin dəf edilməsi ilə döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə olunması, eləcə də zirehli texnikadan atəş açma üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da artırılmasıdır.

Geri dön