Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya qoşunları Ermənistanda təlimlər keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rusiya qoşunları Ermənistanda təlimlər keçirib

Rusiya qoşunları Ermənistanda təlimlər keçirib


Ermənistandakı Rusiya qoşunlarının bölmələri “Alagəz” poliqonlarında təlimlər keçirib.
Bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə bölməsinin mütəxəssisləri poliqonun yüksək dağlıq ərazilərində təlimlər keçirərək müxtəlif kəşfiyyat əməliyyatları həyata keçiriblər.

Təlimlər zamanı şəxsi heyətin nümayəndələri zəhərli maddələrin şərti məruz qaldığı yerlərdən təxliyə edilib və onlara ilkin tibbi yardım göstərilib.

Geri dön