Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > BMT Si Cinpin və Zelenski arasında telefon danışığını şərh edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > BMT Si Cinpin və Zelenski arasında telefon danışığını şərh edib

BMT Si Cinpin və Zelenski arasında telefon danışığını şərh edib


BMT ümid edir ki, Çin Rusiya və Ukrayna arasında böhranın həllinə töhfə verməkdə davam edəcək.

Bunu son brifinqdə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq Çin Xalq Respublikasının sədri Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz, şübhəsiz ki, Ukrayna və Rusiya arasındakı böhranın həllinə töhfə verən Təhlükəsizlik Şurasına üzv dövlətlər də daxil olmaqla, dünyanın bütün əsas ölkələrinin iştirakını dəstəkləyirik. Ümid edirik ki, Çin faydalı olmağa davam edəcək" – diplomat bildirib.

Geri dön