Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyənin Bakıdakı səfirliyində seçkilərin ikinci turu üçün səsvermənin vaxtı açıqlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Türk dünyası-Turan > Türkiyənin Bakıdakı səfirliyində seçkilərin ikinci turu üçün səsvermənin vaxtı açıqlanıb

Türkiyənin Bakıdakı səfirliyində seçkilərin ikinci turu üçün səsvermənin vaxtı açıqlanıb


Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Türkiyənin Azərbaycandakı səfirliyində keçiriləcək səsvermənin vaxtı açıqlanıb.

Bu barədə Türkiyə səfirliyi məlumat yayıb.
"Prezident seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib. Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq.

Geri dön