Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri iyunda görüşə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri iyunda görüşə bilər

Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri iyunda görüşə bilər


Türkiyə, Rusiya, Suriya və İran nümayəndə heyətlərinin növbəti görüşü iyunun sonunda keçirilə bilər.

Bu barədə Türkiyənin “Hürriyet” nəşri diplomatik mənbələrinə istinadən yazıb.

Bildirilib ki, Türkiyə və Suriya arasında münasibətlərin normallaşması prosesində xarici işlər nazirlərinin həlledici görüşündən sonra növbəti görüş nazir müavinləri arasında planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl Moskvada Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş zamanı aparılan danışıqlar Dəməşq və Ankara arasında münasibətlərin normallaşdırılması, ziddiyyətlərin aradan qaldırılması fonunda baş tutub.

Geri dön