Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın valyuta hərraclarında təklif tələbi ötüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanın valyuta hərraclarında təklif tələbi ötüb

Azərbaycanın valyuta hərraclarında təklif tələbi ötüb


Azərbaycana xarici valyuta daxilolmalarında əhəmiyyətli artım valyuta bazarında tələb və təklifə təsir edib ki, bu da öz növbəsində valyuta hərraclarında təklifin tələbi ötməsinə gətirib çıxarıb.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib.

"2022-ci ildə keçirilən 99 valyuta hərracında 5185,7 milyon dollar dəyərində valyuta satılıb ki, bu da 2021-ci illə müqayisədə 1502,6 milyon dollar və ya 22,5 faiz azdır. Həmçinin valyutaya tələb də 2021-ci illə müqayisədə azalaraq 67,6 milyon dollar olub", - V.Gülməmmədov deyib.

O bildirib ki, SOFAZ tərəfindən həyata keçirilən valyuta satışı nəticəsində il ərzində keçirilən valyuta hərraclarında dövlət büdcəsinə 7923,0 milyon manat daxil olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Geri dön