Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parlamentin vitse-spikeri: Ermənistan regionda müharibəyə son qoymaq istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Parlamentin vitse-spikeri: Ermənistan regionda müharibəyə son qoymaq istəyir

Parlamentin vitse-spikeri: Ermənistan regionda müharibəyə son qoymaq istəyir


Ermənistan regionda “sürünən” müharibəyə son qoymaq istəyir.

Bunu parlamentdəki çıxışı zamanı vitse-spiker, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Akop Arşakyan Azərbaycanla danışıqları şərh edərkən deyib.

Onun sözlərinə görə, İrəvan vəziyyətin stabilləşməsinə və Qarabağ erməniləri üçün real təhlükəsizlik təminatları almağa çalışır.

“Ermənistanın Qarabağ məsələsi kontekstində yanaşması ondan ibarətdir ki, sülh müqaviləsi özündə Xankəndi və Bakı arasında beynəlxalq müşahidəçilərin iştirakı ilə dialoq mexanizmlərini birləşdirməlidir.

Söhbət Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən birtərəfli qaydada tanınmasından getmir, bu proses qarşılıqlı xarakter daşıyır”, - Arşakyan bildirib.

Geri dön